İyunun 18-də start götürəcək klublararası dünya çempionatı başlayana qədər "Real Madrid"i tərk edəcəyi gözlənilən baş məşqçi Karlo Ançelottinin yerini tutmağa 3 namizəd var.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Məlumata görə, İspaniya nəhənginə sözügedən turnirdə klulun futbol direktoru Santyaqo Solari, "Kastilya"nın çalışdırıcısı Raul Qonsales və ya gənclərdən ibarət komandanın baş məşqçisi Alvaro Arbeloa rəhbərlik edəcək.
Xatırladaq ki, daha öncə Ançelottinin yaxın günlərdə "Real"ın prezidenti Florentino Pereslə görüşərək müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı detalları dəqiqləşdirəcəyi açıqlanıb.
Nihat