"Bayern Münhen"in müdafiəçisi Kim Min Ce karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footbal Insider" yayıb.
Məlumata görə, 28 yaşlı cənubi koreyalının xidmətində "Nyukasl" maraqlıdır. Mənbə "sağsağanlar"ın sözügedən futbolçunu cari mövsümün sonunda transfer etməyi hədəflədiyini açıqlayıb.
Daha öncə "Bayern" rəhbərliyinin Min Ceni satmaqla bağlı qərarını qətiləşdirdiyi barədə məlumatlar dərc edilmişdi.
Qeyd edək ki, cari mövsüm Kim bütün turnirlərdə 43 matça çıxaraq 3 qol vurub. "Transfermarkt" portalı onun transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.
Nihat