Tanınmış statistika portalı "Opta"nın analitikləri cari mövsümün startı ərəfəsində "Liverpul"un çempionluq şanslarını olduqca aşağı qiymətləndiriblər.
Fanat.Az xəbər verir ki, sözügedən portal "qırmızılar"ın İngiltərə Premyer Liqasının (İPL) qalibi olmaq ehtimalını 5,1 faizlə dəyərləndirib.
Xatırladaq ki, İNPL-in 34-cü turu çərçivəsində dünən baş tutan matçda öz meydanında "Tottenhem"i darmadağın edən Mersisayd təmsilçisi titula vaxtından əvvəl qovuşub. Bu, "Liverpul"un 20-ci İngiltərə çempionluğu olub. Arne Slotun rəhbərlik etdiyi kollektiv çempionluq sayında "Mançester Yunayted"ə çatıb. Bu mövsüm Slotun komandası İPL-də 2 dəfə uduzub.
Nihat