Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol Skoulz hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 39 xalla 14-cü pillədə qərarlaşan "qırmızı şeyranlar"ın mövcud vəziyyətinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "TNT Sports" belə çatdırıb:
"Mançester Yunayted"in bu mövsüm Premyer Liqadakı performansı qəzadır. Onları izləmək belə, çox ağırdır. Yalnız Avropa Liqasındakı nəticələr azarkeşlər üçün müəyyən təsəllidir".
Xatırladaq ki, MY Avropa Liqasının yarımfinalında Bilbao "Atletik"i ilə üz-üzə gələcək.
Nihat