Çempionlar Liqasının (ÇL) 1/2 final mərhələsinin ilk oyununda səfərdə "Arsenal"ı 1:0 hesabı ilə məğlub edən PSJ-nin hücumçusu Usman Dembele Zinəddin Zidanı geridə qoyub.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "topçular"ın qapısına yeganə qolu vuran vinger ÇL-in pley-off mərhələrində ən çox qol vuran fransalı futbolçuların siyahısında Zidanı və Antuan Qrizmannı keçərək 4-cü yerə yüksəlib.
ÇL-in pley-offlarında bombardirlik bacarığını göstərən fransalı oyunçuların siyahısı belədir:
Kərim Benzema - 34
Kilian Mbappe - 24
Tyerri Anri - 12
Usman Dembele - 9
Zinəddin Zidan - 8
Antuan Qrizmann - 8