"Mançester Yunayted"in baş məşqçisi Xosep Qvardiola komandanın zədəli hücumçusu Erlinq Holandın bu mövsüm meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "City Xtra" belə çatdırıb:
"Holandın mövsümün qalan hissəsində meydana çıxa biləcəyinə ümid edirəm. Düşünürəm ki, o, klublararası dünya çempionatına qədər oynayacaq... Demək olar ki, hamının İngiltərə Kubokunun finalında meydana çıxmaq istədiyinə əminəm. Hər şey futbolçuların özünü necə hiss etməsindən, zədədən sonrakı bərpa dönəminin gedişindən asılıdır".
Holand martın 30-da topuğundan xəsarət alıb. O, aprelin 27-dən məşqlərə başlayıb.
Klublararası dünya çempionatı 15 iyun - 13 iyul aralığında ABŞ-də keçiriləcək.
Nihat