UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Atletik"i 3:0 hesabı ilə darmadağın edən "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş Bilbaodakı matçdan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, komandasının qələbəsind iki qolla pay sahibi olan portuqaliyalı futbolçunun sözlərini UEFA-bıb rəsmi saytı belə çatdırıb:
"Bu qələbə olduqca vacib idi. Oyunun ilk 20 dəqiqəsi ağır alındı. Rəqib öz azarkeşləri qarşısında çox güclüdür. Məlum məsələdir ki, hadisələrin inkişaf mərkəzində olmaq, qollar vurmaq istəyirəm. Güclü tərəflərimdən birinin qol vurmaq və məhsuldar ötürmələr verməkdir. Belə də davam etməliyəm".
Nihat