"İnter" hücumçusu Lautaro Martines UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasını "Barselona" ilə Milanda baş tutacaq oyununu buraxa bilər.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, argentinalı forvard ilk görüşdə (3:3) zədələndiyi üçün növbəti görüşdə meydana çıxmamaq təhlüləsi ilə üz-üzədir.
Müayinədən sonra 27 yaşlı oyunçuya sol ombanın əyilməsindən məsul olan əzələlərin gərginliyi diaqnozu qoyulub.
Qeyd edək ki, Lautaro Martines bu mövsüm bütün yarışlarda 47 matçda 21 qol vurub. "İnter" və "Barselona" komandaları arasında cavab matçı mayın 6-da gerçəkləşəcək.