“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne baş məşqçi Pep Qvardiolanın rəhbərliyi altında yeni uğura imza atıb.
Fanat.Az xəbər verir ki, o, ispaniyalı mütəxəssisin çalışdırdığı komandalar tarixində 250 qolun vurulmasında (qol və assist) iştirak edən ikinci futbolçu olub.
Belçikalı futbolçu ötən gün İngiltərə Premyer Liqasının XXXV turunda “Vulverhempton”a 1:0 hesabı ilə qalib gəldikləri matçda yeganə qolu vurub.
Daha əvvəl bu sayda göstərici “Barselona”nın (İspaniya) sabiq üzvü Lionel Messiyə məxsus olub.