UEFA Çempionlar Liqasının yarımfinalında mübarizəni davam etdirən "İnter"in bu mövsüm Çempionlar Liqasında nə qədər qazandığı bəlli olub.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, İtaliya klubu bu mərhələyə qədər 113 milyon avro əldə edib.
"Qara-göylər" finala yüksələcəkləri halda, daha 18 milyon avro daha qazanacaqlar.
Simone İnzaqinin çalışdırdığı kollektiv bunun üçün “Barselona”nı yarımfinalın cavab matçında (ilk oyun, 3:3) məğlub etməlidir.
“İnter” Çempionlar Liqasını son dəfə 2010-cu ildə qazanıb, 2023-cü ildə isə yenidən bu turnirin finalında oynayıb.