"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yaxın vaxtlarda "Kral klubu"ndan gedəcəyi ilə bağlı yayılan məlumatlara növbəti dəfə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 65 yaşlı italiyalı mətbuat konfransında belə danışıb:
"Nə baş verəcəyini deyə bilmərəm. Amma mənim klubun idarəçiləri ilə heç vaxt problemim olmayıb və heç vaxt onlarla mübahisə etməyəcəm. "Real"la vidalaşmam fantastik olacaq. Bunun 2025, 2026 və ya 2030-cu ildə baş verməsində asılı olmayaraq... Çünki mən klubu sevirəm, klub da məni".
Qeyd edək ki, Ançelottinin "Real"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat