"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.
Məlumata görə, onun xidmətində "Mançester Siti" maraqlıdır. Yazılanlara inansaq, Premyer Liqa təmsilçisi 25 yaşlı oyunçu üçün 40 milyon avro ödəməyə hazırdır. Bundan başqa, braziliyalı futbolçunu İngiltərənin daha 3 klubu - "Aston Villa", “Nottingem Forest” və "Everton" da yaxından izləyir.
Qeyd edək ki, Sara cari mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 41 matça çıxaraq qol vurub. Onun "sarı-qırmızılar"la olan müqaviləsinin müddəti 2029-ci ilin yayına qədər nəzərdə tutulub.