Almaniya Bundesliqasının 32-ci turu çərçivəsində dünən "Bohum"a qarşı oyunda (0:0) "Haydenhaym"ın zədələnən qapıçısı Kevin Müllerin son vəziyyəti bəlli olub.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, oyunun 49-cu dəqiqəsində rəqib futbolçu İbrahima Sissoko ilə toqquşmadan sonra huşunu itirən qolkiper xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona beyin silkələnməsi diaqnozu qoyulub. 34 yaşlı "çərçivə" qoruyucusunun hansı müddətə sıradan çıxdığı bəlli deyil.
Qeyd edək ki, Müller 2015-ci ildən "Haydenhaym"da çıxış edir.