UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda da PSJ-yə 1:2 hesabı ilə uduzaraq (ilk oyun 0:1) finala yüksələ bilməyən "Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays Parisdəki yenilginin ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Məyusuq. Biz bu matçın da başlanğıcında üstün tərəf idik. İlk 15-20 dəqiqədə yaxaladığımız qol imkanlarından birini dəyərləndirə bilsəydik, oyunun gedişatı tam dəyişərdi. Bu turnir üçün hər şey etmişdik. PSJ-yə qarşı keçirdiyimiz iki oyunda üç-dörd qol vura bilərdik. Amma rəqib komandanın qapıçısı Canluici Donnarumma inanılmaz çıxışla yadda qaldı".
Xatırladaq ki, "Arsenal"ı məğlub edən PSJ finalda "İnter"lə üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da keçiriləcək.
Nihat