UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Mançester Yunayted"ə 0:3 hesabı ilə uduzan Bilbao "Atletik"inin baş məşqçisi Ernesto Valverde bu gün İngiltərədə baş tutacaq cavab qarşılaşmasından öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin mətbuat konfransında dediklərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Komandam İngiltərəyə bütün gücünü meydanda qoymaq üçün gəlib. Biz finalın biraddımlığındayıq. Bu, futboldur. Meydana çıxmaq və mübarizə aparmaq lazımdır. Bilbaoda baş verənlər, bu oyunda bizim xeyrimizə təkrarlana bilər".
Qeyd edək ki, "Mançester Yunayted" - "Atletik" qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat