"İnter Mayami"nin həmsahibi Devid Bekhem futbol tarixinin ən yaxşı müdafiəçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin sabiq yarımmüdafiəçisi "CBS Sports"a danışıb:
"Mən "Milan"a keçəndə orada Pirlo, Nesta və Maldini kimi futbolçular oynayırdılar. Paolo inanılmaz idi. O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir. Hətta 41 yaşında da meydanı "oxuyurdu".
Xatırladaq ki, Maldini 2023-cü ilin iyun ayında "Milan"ın texniki direktoru postundan ayrılıb.
Nihat