Barselona”nın futbolçuları Alexandro Balde və Mark Kasado zədələrini sağaldaraq sıraya dönüblər.
Fanat.Az xəbər verir ki, məlumatı Kataloniya təmsilçisinin mətbuat xidməti yayıb.
Həkimlər hər iki futbolçunun mayın 11-də “Real Madrid”ə qarşı çempionat matçında oynaya biləcəklərini açıqlayıb.
Kasado martda sağ dizindən, Balde isə apreldə sol budundan zədə almışdı.
Qeyd edək ki, La Liqanın 35-ci turunda baş tutacaq “el klasiko” Barselonada keçiriləcək.