İspaniyanın "Sevilya" komandasının azarkeşləri klubun bazasına hücum ediblər.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, hadisə Əndəlüs təmsilçisinin La Liqanın 35 turunda "Selta"ya uduzduğu matçdan (2:3) sonra yaşanıb.
Fanatlar bazanın qapısını sındırıblar. Klub münaqişənin böyüməsi təhlükəsi ilə əlaqədar polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dayandırmaq üçün rezin güllələrdən istifadə ediblər.
Təhlükəsizliyə görə oyunçular gecəni bazada keçiriblər.
Qeyd edək ki, "Sevilya" La Liqada 38 xalla 15-ci pillədə qərarlaşıb.