Almaniya Bundesliqasını tərk edəcək ikinci komanda da dəqiqləşib.
Fanat.Az xəbər verir ki, 33-cü turda öz meydanında “Frayburq”a 1:2 hesabı ilə uduzan “Holştayn”ın elita ilə vidalaşacağı rəsmiləşib.
Komanda 33 turdan sonra 25 xalla 17-ci sıradadır.
Qeyd edək ki, daha əvvəl “Bohum”un 2-ci Bundesliqaya düşəcəyi bəlli olmuşdu.