"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə təmsilçisindəki sabiq komanda yoldaşı Sadio Mane ilə münasibətlərinin qaydasında olmadığını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, misirli ulduzun sözlərini "L’Équipe" belə çatdırıb:
"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi. Amma biz həmişə peşəkar olaraq qalmışıq. Aramızdakı problemlərin komandanın oyununa təsir etdiyini düşünmürəm. Bütün böyük oyunçular böyük hədəflərə köklənirlər. Mən bunu anlayıram. O, əsl döyüşçüdür.
İnsanlar nə gldi danışırlar. Ancaq fakt budur ki, Mane mənə hamıdan çox qol ötürməsi verib. Təəssüf ki, bəziləri üçün səs-küylü başlıq hazırlamaq həqiqəti deməkdən daha asandır. Medianın necə işlədiyindən xəbərdaram.
Vicdanım təmizdir. Hər şey hörmət çərçivəsində qalsa, məni qane edəcək. Lakin bu, yalanı həqiqətə çevirmir".
Xatırladaq ki, Mane hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in formasını geyinir.
Nihat