"Arsenal"ın müdafiəçisi Yakub Kivyor karyerasını Fransada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Xəbərə görə, sözügedən oyunçunun xidmətində "Olimpik Marsel" maraqlıdır. Mənbə Fransa təmsilçisinin hələ "topçular"a rəsmi təklif göndərmədiyini, lakin polşalı futbolçunun Marsel klubunun transfer siyahısında olduğunu vurğulayıb.
Qeyd edək ki, 2023-cü ildə İtaliyanın "Spetsiya" klubundan transfer olunan Kivyor bu mövsüm "Arsenal"ın əsas oyunçularından birinə çevrilib.
Nihat