"Milan"ın yarımmüdafiəçisi Ticani Reynders karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.
Məlumata görə, 26 yaşlı futbolçunun xidmətində "Mançester Siti" maraqlıdır. "Şəhərlilər"in niderlandlı oyunçu üçün 70 milyon avro ödəməyə hazır olduqları bildirilib. Mənbə Reyndersin növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak etməyəcək "qırmızı-qaralar"ı tərk etmək variantına isti yanaşdığını vurğulayıb.
Qeyd edək ki, Reynders 2023-cü ildən "Milan"ın uğurları üçün çalışır. Cari mövsüm bütün turnirlərdə 51 matça çıxan orta xətt oyunçusu 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.