"Barselona"nın və Braziliya millisinin hücumçusu Rafinya hansı futbolçulardan ilhamlandığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Barca Universal" belə çatdırıb:
"Uşaq vaxtı yalnız bir futbolçuya bənzəmək istəyirdim. Bu, Ronaldinyodur. Məktəbə onun fitbolkası ilə gedir, başıma da sarğı bağlayırdım. Ronaldinyo mənim üçün örnək olub.
Futbola baxmağa başlayanda Neymar, Robben, Kriştianu Ronaldu və Messini xoşlayırdım. Hər oyunçuda özümə aid nəsə görürdüm. Onlar məni ilhamlandırırdılar. Evimdə Messinin Argentina millisindəki forması var. Çünki o, hamı üçün etalondur".
Qeyd edək ki, Rafinya "Barselona"ya 2022-ci ildə "Lids"dən keçib. Cari mövsüm "blauqrana" forması ilə 54 matça çıxan cənubi amerikalı vinger 34 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən futbolçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Rafinyanın transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat