“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand xəstəxanaya yerləşdirilib.
Fanat.Az xəbər verir ki, buna səbəb veteranın virusa yoluxmasıdır.
46 yaşlı Rio sosial şəbəkə səhifələrində hətta beyninin MRT-dən keçirildiyini təsdiqləyib. Hazırda durumunun normal olduğunu bildirən keçmiş futbolçu onu dəstəkləyənlərə təşəkkür edib.
Qeyd edək ki, Ferdinand “Mançester Yunayted”də (2002-2014) 312 matça çıxaraq 7 qol vurub. O, İngiltərə millisində (1997-2011) 81 oyun keçirərək 3 dəfə rəqib qapılarına yol tapıb.
Nihat