"Nyukasl"ın 22 yaşlı müdafiəçisi Tino Livramento karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, onun xidmətində “Mançester Siti” maraqlıdır.
Sözügedən oyunçunun "sağsağanlar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2023-cü ildən "Nyukasl"ın uğurları üçün çalışan Livramento cari mövsüm 43 matçda meydana çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat