"Komo"nun baş məşqçisi Sesk Fabreqas növbəti mövsümə harada başlayacağı ilə bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə A Seriyası təmsilçisində uğurlu fəaliyyətlə diqqət çəkən ispaniyalı mütəxəssisin bir neçə Avropa klubunun marağına rəğmən, iş yerini dəyişməyəcəyini vurğulayıb.
Fabreqasın adı "Bayer Leverkuzen", "Leyptsiq", "Mançester Siti" və "Barselona" ilə yanaşı çəkilirdi.
Sözügedən çalışdırıcı 2024-cü ilin yayından "Komo"nun "sükanı arxası"ndadır. Onun rəhbərliyi altında 35 tura 45 xal toplayan komanda hazırda A seriyasının turnir cədvəlində 10-cu pillədə mövqe tutub.
Nihat