Türkiyə təmsilçisi "Beşiktaş"ın yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleyn zədələnib.
Fanat.Az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçu Super Liqanın 35-ci turunda "Adana Dəmirspor"la oyunda (4:1) sıradan çıxıb.
Orta xətt oyunçusu matçın 11-ci dəqiqəsində sağ dizindən xəsarət alıb.
Oksleyd-Çemberleyn mövsümün son 3 turunda "qara qartallar"a kömək edə bilməyəcək.