"Real Madrid"in ukraynalı qapıçısı Andrey Lunin zədələnib.
Fanat.Az xəbər verir ki, məlumatı "Kral klubu"nun rəsmi saytı yayıb.
Sağ əlindən xəsarət alan qolkiper La Liqanın 36-cı turu çərçivəsində bu gün "Malyorka"ya qarşı oynaya bilməyəcək.
"Real" - "Malyorka" matçının start fiti Bakı vaxtı ilə 23:30-da səsləndiriləcək.
Luninin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
Nihat