İtaliyanın elita təmsilçilərindən olan "Komo"nun rəhbərliyi hədəfləri böyütmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, bir neçə Avropa klubunun diqqət mərkəzinə düşən baş məşqçi Sesk Fabreqası komandada qalmağa razı salan idarəçilər bu yay heyəti gücləndirməkdə israrlıdırlar. Mənbə rəhbərliyin transferlərə 100 milyon avro ayırmağı planlaşdırdığını və komandanın qarşısına avrokuboklara vəsiqə tələbi qoyulacağını vurğulayıb.
Fabreqas 2024-cü ilin yayından indiki postundadır.
36 tura 48 xal toplayan "Komo" hazırda turnir cədvəlinin 10-cu pilləsində mövqe tutub.
Nihat