"Barselona" yeni qapıçı transfer etmək istəyindədir.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar müəyyən müzakirələrdən sonra "Espanyol"un qolkiperi Xuan Qarsiyanın üzərində dayanıblar.
"Barsa" hələ 24 yaşlı "çərçivə" qoruyucusunun klubuna rəsmi təklif göndərməsə də, yayda keçidin reallaşmaq ehtimalı yüksəkdir.
Cari mövsüm 35 matçda meydana çıxan Xuan 44 qol buraxıb. O, 7 oyunda qapısını toxunulmaz saxlayıb. Sözügedən futbolçunun "Espanyol"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Qarsiyanın transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Nihat