"Lill"in hücumçusu Conatan Devid cari mövsümün sonunda Fransa təmsilçisindən ayrılacaq.
Fanat.Az xəbər verir ki, bunu kanadalı forvard sosial şəbəkə hesablarında açıqlayıb.
Daha öncə tanınmış insayder Fabritsio Romano sözügedən futbolçunun "Napoli"yə keçməyə yaxın olduğunu bildirmişdi.
25 yaşlı Devidin Liqa 1 təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin yayına qədərdir. 2020-ci ildən "Lill"də çıxış edən ön xətt oyunçusu 231 natça çıxaraq 109 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat