Bu gün Türkiyə Kubokunun final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Qaziantep Böyükşəhər stadionunda baş tutan həlledici qarşılaşmada "Qalatasaray" "Trabzonspor"la üz-üzə gəlib.
Oyun İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Aslanlar"ın qollarına Barış Alper (5-ci dəqiqə) və Viktor Osimhen (46, 63) imza atıblar.
Beləliklə, "Qalatasaray" 19-cu dəfə Türkiyə Kubokunun qalibi olub. Bu, rekord nəticədir.
Nihat