Bu gecə İtaliya Kubokunun final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici qarşılaşmada "Milan" "Bolonya" ilə üz-üzə gəlib.
Romadakı "Olimpiko" stadionunda baş tutan görüş "Bolonya"nın minimal hesablı qələbəsi ilə başa çatıb. Eyniadlı şəhərin təmsilçisi tarixində 3-cü dəfə ölkə kubokunu qazanıb.
İtaliya Kuboku
Final
14 may
Milan – Bolonya 0:1
Qol: Ndoye, 53.