"Milan"ın baş məşqçisi Serjiu Konseysau komandasının İtaliya Kubokunun bu gecə baş tutan final oyununda "Bolonya"ya məğlubiyyətini şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Pazzi Di Fanta" belə çatdırıb:
"İlk hissə yetərincə balanslı idi və biz hər şeyi dəyişə biləcək vacib ilk qolu vurmalıydıq. Əslində, ikinci yarıda da fərqlənmək üçün şanslarımız oldu, amma rəqibin də yaxşı oyununu vurğulamalıyıq. Onlar qol vurandan sonra arzulanan səviyyədə oyun sərgiləyə bilmədik... İndi hədəfimiz çempionatı layiqli şəkildə başa vurmaqdır. Qarşıda "Roma" ilə oyunumuz var.
Əlbəttə, bu, azarkeşlərimiz üçün böyük məyusluqdur. Onların necə acı cəkdiklərini hiss edirəm. Belə qarşılaşmaların taleyi adətən xırdalıqlardan asılı olur. Bəzi aspektlərdə istədiklərimizi edə bilmədiyimizin fərqindəyik, lakin bu da futbol həyatının bir hissəsidir".
Nihat