"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu milliyə rəhbərlik etmək üçün Portuqaliya Futbol Federasiyası ilə apardığı danışıqlar uğurla nəticələnib.
Fanat.Az "HT Spor"a istinadən xəbər verir ki, sözügedən çalışdırıcı iyunda Millətlər Liqasının final mərhələsindən sonra ölkəsinin yığmasının "sükanı arxası"na keçə bilər.
Hazırda Portuqaliya millisinə Roberto Martines başçılıq edir.
Qeyd edək ki, Mourinyonun "Fənərbağça" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. 62 yaşlı mütəxəssis daha öncə "Portu", "Çelsi", "Tottenhem", "Mançester Yunayted", "İnter", "Roma" və "Real"ı çalışdırıb.