İtaliya Kubokunun bu gecə baş tutan finalında "Milan"ı məğlub edərək (1:0) titula sahib çıxan "Bolonya"nın baş məşqçisi Vinçentso İtalyano qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sport Mediaset" belə çatdırıb:
"O qədər məyusluqdan sonra fikrimcə, biz buna layiq idik. Oyunu əla keçirdiyimizi də unutmayaq. "Milan"ın ikinci hissədə necə oynayacağını bilirdik və bu səbəbdən onlara lazımi şəkildə müqavimət göstərərək istəyimizə çatdıq. Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu. Azarkeşlərimiz titulu haqq edirdilər".
Xatırladaq ki, "Bolonya" tarixində 3-cü dəfə İtaliya Kubokunu qazanıb.
Nihat