İngiltərə Premyer Liqasında (İPL) cari mövsümün ən yaxşı məşqçisi adına namizədlərin siyahısı açıqlanıb.
Fanat.Az sözügedən liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıda 5 mütəxəssisin adı var.
Bunlar Tomas Frank ("Brentford"), Eddi Hau ("Nyukasl"), Nunu Eşpirintu Santu ("Nottingem Forest"), Vitor Pereyra ("Vulverhemton") və "Arne Slotdur ("Liverpul").
Azarkeşlərin səsverməsi 19 may tarixinə qədər davam edəcək. Ötən mövsüm bu mükafata "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola sahib çıxmışdı.
Nihat