İngiltərə Premyer Liqasında (İPL) cari mövsümün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən liqanın mətbuat xidməti yayıb.
Siyahı belədir:
Vircil van Deyk ("Liverpul") - 36 matç, 3 qol, 1 məhsuldar ötürmə;
Rayan Qravenberq ("Liverpul") - 35 matç, 4 məhsuldar ötürmə;
Məhəmməd Salah (Liverpul") - 36 matç, 28 qol, 18 məhsuldar ötürmə;
Morqan Gibbs-Uayt ("Nottingem Forest") - 32 matç, 6 qol, 8 məhsuldar ötürmə;
Kris Vud ( ("Nottingem Forest") - 34 matç, 20 qol, 3 məhsuldar ötürmə;
Aleksander İsak (“Nyukasl") - 34 matç, 20 qol, üç məhsuldar ötürmə;
Brayan Mbemo ("Brentford") - 36 matç, 18 qol, 7 məhsuldar ötürmə;
Deklan Rays ("Arsenal") - 33 matç, 3 qol, 7 məhsuldar ötürmə.
Ən yaxşı futbolçu azarkeşlərin və ekspertlərin səsverməsinin nəticələrinə görə müəyyənləşir. Azarkeşlər 19 may tarixinədək səs verəcəklər.
Qeyd edək ki, ötən mövsüm bu ada "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden layiq görülüb.
Nihat