"Barselona"nın gənc vingeri Lamin Yamal futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 17 yaşlı cinah hücumçusunun sözlərini "Mundo Deportivo" belə çatdırıb:
"Lionel Messi hamıdan fərqlənir. O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma mən öz tariximi yazmaq istəyirəm".
Karyerasının ən parlaq dönəmlərini "Barselona"da keçirən argentinalı superulduz hazırda MLS təmsilçisi "İnter Mayami"nin uğurları üçün çalışır.
Yamal cari mövsüm "Barsa" forması ilə bütün turnirlərdə 53 matça çıxaraq 17 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı İspaniya millisinin futbolçusunun transfer qiymətini 180 milyon avro ilə dəyərləndrir.
Nihat