"Barselona"nın prezidenti Joan Laporta komandanın baş məşqçisi Hans-Diter Flikin aqibətinin necə olacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sport.es" belə çatdırıb:
"Qazanılan uğurda böyük pay sahibi məhz Flikdir. O, bizim layihədən məmnundur. Fliklə iki ay öncə danışmışıq. İşini davam etdirəcək. Hans burada çox xoşbəxtdir. Söhbət zamanı peşəkar karyerası ərzində ən gözəl dönəmlərdən birini yaşadığını dedi".
Xatırladaq ki, Flik ötən ilin yazından indiki postundadır. "Blauqrana" alman mütəxəssisin rəhbərliyi altında La Liqanın, İspaniya Kubokunun və İspaniya Superkubokunun qalibi olub.
Nihat