İspaniya La Liqasının 36-cı turunda səfərdə "Xetafe"ni 2:0 hesabı ilə məğlub edən Bilbao "Atletik"i xallarının sayını 67-yə çatdıraraq 4-cü yeri təmin edib.
Fanat.Az xəbər verir ki, "basklar" uzun fasilədən sonra yenidən Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıblar.
Sözügedən kollektiv son dəfə qitənin ən nüfuzlu klub turnirində 2014/2015 mövsümündə iştirak edib.
Xatırladaq ki, "Atletiko" bu mövsüm finalı ev oyunlarını keçirdiyi "San Mames Barriya" stadionunda baş tutacaq Avropa Liqasının yarımfinalında mübarizəni dayandırıb. İspaniya təmsilçisini hər iki görüşdə darmadağın edən MY həlledici qarşılaşmada oynamaq hüququ qazanıb.
Nihat