"Sevilya" cari mövsümün sonunda futbolçusu Suso ilə əməkdaşlığa son qoyacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, hücumameyilli yarımmüdafiəçinin müddəti bu yay başa çatacaq müqaviləsi yenilənməyəcək.
Qeyd edək ki, 31 yaşlı Suso 2020-ci ilin yayından Əndəlüs təmsilçisinin uğurları üçün çalışır. O, 2019/2020 və 2022/2023 mövsümlərində bu komanda ilə Avropa Liqasının qalibi adını qazanıb.
Nihat