İspaniya La Liqasının 36-cı turunda səfərdə "Espanyol"u 2:0 hesabı ilə yenərək sona 2 tur qalmış çempionluğu təmin edən "Barselona"nın vingeri Rafinya derbinin ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Barça Universal" belə çatdırıb:
"Bu mənim cari mövsüm keçirdiyim ən pis oyunlardan biri idi, amma əsas odur ki, qalib gəldik. Düşünürəm ki, bu mövsüm komandada daha böyük rol oynadım. Daha çox oynadım və komanda üçün daha vacib oldum. Artıq "Barselona" forması ilə daxili titulları qazanmışam. Biz hələ daha bir titul əldə etməliyik (Çempionlar Liqasını nəzərdə tutur - red.). Hamımız bunu arzulayırıq... Yalnız biz yox, həm də azarkeşlər. Bu mövsüm hədəfimizə çatmağa çox yaxın idik və növbəti mövsümdə istədiyimizi həyata keçirə bilərik".
Nihat