"Benfika"nı tərk edəcəyini açıqlayan Anxel Di Mariyanın hansı kluba qoşula biləcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Xəbərə görə, 37 yaşlı dünya çempionunun xidmətində MLS təmsilçisi "İnter Mayami" maraqlıdır.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 39 matça çıxan təcrübəli vinger 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı argentinalı oyunçunun transfer qiymətini 3 milyon avro ilə dəyərləndirir.
Nihat