"Olimpik Lion"un hücumçusu Aleksandr Lyakazettin evi qarət edilib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Le Progres" yayıb.
Hadisə Liqa 1-in 34-cü turu çərçivəsində şənbə günü keçirilən "Olimpik Lion" - "Anje" matçının startından yarım saat sonra qeydə alınıb. İki nəfər cinayətkar Aleksandrın evinə girərək zinət əşyaları və pul oğurlayıblar. Futbolçuya 10 min avrodan çox ziyan vurulub. Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Lyakazett "Lion"un yetirməsidir. O, 2017-ci ildə "Arsenal"a keçsə də, 5 ildən sonra yenidən geri qayıdıb.
Nihat