"Santos"un və Braziliya millisinin ulduzu Neymar imicini dəyişib.
Fanat.Az xəbər verir ki, ön xətt oyunçusu meydana fərqli saç düzümü ilə çıxmaq qərarına gəlib:
Daha öncə 33 yaşlı oyunçunun klubu ilə müqavilə yeniləyəcəyi ilə bağlı məlumatlar yayılıb.
Qeyd edək ki, cari mövsüm yetirməsi olduğu "Santos"da 11 matça çıxan Neymar 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. O, "Barselona", PSJ və "Əl-Hilal"da da oynayıb. Təcrübəli futbolçu Kataloniya təmsilçisi ilə Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının, Braziliya seçməsi ilə Konfederasiyalar Kubokunun qalibi olub.
Nihat