"Barselona"nın hücumçusu Ferran Torres İngiltərə Premyer Liqasına qayıda bilər.
Fanat.Az xəbər verir, informasiyanı "Mundo Deportivo" yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı ispaniyalı ilə "Aston Villa" ciddi maraqlanır. Birmingem klubu ispaniyalı ulduz üçün təxminən 50 milyon avro ödəməyə hazırdır.
Torres bu mövsüm kataloniyalıların heyətində 45 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.
Ferran Torres 2022-ci ilin yanvarında "Mançester Siti"dən 55 milyon avroya "Barselona"ya keçib. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Mirağa