"Barselona"nın vingeri Lamin Yamal növbəti mövsümdən 19 nömrəli formanı dəyişəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Managing Barça" yayıb.
Xəbərə görə, 18 yaşı iyul ayının 13-də tamam olacaq superistedad daha öncə klubda Dieqo Maradona, Ronaldinyo və Lionel Messinin geyindiyi 10 nömrəli formanı daşıyacaq. Mənbə gənc cinah hücumçusunun klubu ilə yeni müqavilə bağlayacağını və onun anlaşmasındakı sərbəstqalma məbləğinin 1 milyard avro olacağını vurğulayıb.
Hazırda "Barsa"da 10 nömrəli formanı əsas heyətindəki yerini itirən, bu yay satılacağı gözlənilən Ansu Fati geyinir.
Cari mövsüm "blauqrana"nın forması ilə bütün turnirlərdə 54 matça çıxan Yamal 18 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat