"Mançester Yunayted"in qapıçısı Andre Onana UEFA Avropa Liqasının sabah baş tutacaq final matçından - "Tottenhem"ə qarşı keçirəcəkləri həlledici oyundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, qolkiperin sözlərini "qırmızı şeytanlar"ın mətbuat xidməti belə çatdırıb:
"Biz artıq bu stadionda "Atletik"lə qarşılaşmışıq. Əla ab-havaya malik stadiondur. Orada qalib gəlmişik. "Sam Mames"ə böyük həvəslə, evə növbəti dəfə qalib dönmək ümidi ilə yollanırıq".
Qeyd edək ki, Bilbaodakı (İspaniya) "San Mames Barriya"da keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat