"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubundakı işi ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin sözlərini "Marca" belə çatdırıb:
"Komandada potensial gördüm. Oyunçular daha yaxşı səviyyəyə çatıblar. Şübhəsiz, ən vacib olan budur. Belə əminliklə hər şey mümkündür. Prezident mənə yazaraq bildirdi ki, iş qələbədə yox, bizim oynadığımız futboldadır. Mən həqiqətən xoşbəxtəm. Bu klub sadəcə dəlidir".
Xatırladaq ki, "Barsa" cari mövsüm Flikin rəhbərliyi altında bütün daxili titulları qazanıb - La Liqanı, İspaniya Kubokunu və İspaniya Superkubokunu. Çempionlar Liqasının yarımfinalına qədər irəliləyən "blauqrana" "İnter"ə uduzaraq (3:3, 3:4) qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırıb.
Nihat